Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
 
Əbülfəz Nəsirov ilk mərhələdə Qazaxıstandan olan rəqibini məğlub edib. 1/88 finalda özbəkistan güləşçisiylə gərgin keçən mübarizədə sonuncu xal prinsipinə əsasən qalib gələn Nəsirov 1/4 finala yüksəlib. Anaq yarımfinalın bir addımlığında İran pəhləvanıyla bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Əbülfəz təsəlliverici görüşə çıxacaq.
 
Turan Bayramov 1/8 finalda almaniyalı güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib.
 
Abdulcəlil Şabanov startda moldovalı rəqibi üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda rusiyalı güləşçi keçilməz olub.
 
Saqadulla Ağayev debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi milli üzvünə bürünc medal qazanmaq şansı verib.
 
Aydın Əhmədov təsnifat mərhələsində bolqar həmkarını sonuncu xal prinsipinə görə üstələyib. Həmyerlimiz Gürcüstan pəhləvanına da gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında son Avropa çempionuna uduzan Əhmədov bürünc medal uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar avqustun 18-də keçiriləcək.
 
61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan) 7:3
1/8 final: Əbülfəz Nəsirov - ümidcan Cəlalov (özbəkistan) *6:6
1/4 final: Əbülfəz Nəsirov - Rəhman Amuzadxəlili (İran) 2:12
Təsəlliverici görüş: Əbülfəz Nəsirov - Bartoş Soltis (Polşa)
 
74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Kiqan Otoole (ABŞ) 5:5*
Təsəlliverici görüş: Turan Bayramov - Balint Balaş (Macarıstan)
 
86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan) 11:7
1/4 final: Saqadulla Ağayev - Rahim Məhəmmədov (Fransa) 5:12
Təsəlliverici görüş: Saqadulla Ağayev - Yon Demyan (Moldova)
 
92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova) 11:3
1/8 final: Abdulcəlil Şabanov - İvan Kirillov (Rusiya) 2:9
 
125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan) *4:4
1/4 final: Aydın Əhmədov - Giorgi çixradze (Gürcüstan) 3:0
1/2 final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan) 0:10
Bürünc medal görüşü: Aydın Əhmədov - Şaba Ubornyak (Macarıstan)/Kumar Anirud (Hindistan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest