19 Avqust 2021, 22:17
DÖYÜŞ NÖVLƏRİ
Sabah Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Matc.az xəbər verir ki, qarşıdakı 3 gündə güləşin klassik növüylə məşğul olanlar mundialda məharətini göstərəcək.
Bu gün keçirilən püşkatma mərasimindən sonra millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran)
60 kq
1/88 final: Nihat Məmmədli - Vikas Vikas (Hindistan)
63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya)
67 kq
Təsnifat: Həsrət Cəfərov - Nestori Mannila (Finlandiya)
72 kq
1/8 final: Xasay Həsənli - Mixael Portman (İsveçrə)
77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa)
82 kq
1/8 final: Murad Əhmədiyev - Saba Mamaladze (Gürcüstan)
87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya)
130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran)
Sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər yarışacaq. Avqustun 21-də isə digər çəkilərdə yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.