Azərbaycanın iki paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb. Matc.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə fransalı Sandrin Martine ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
 
60 kq çəki dərəcəsində çıxış edən digər idmançımız - Vüqar Şirinli isə qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şirinli də qızıl medal qazanıb.
 
Daha bir kişi cüdoçu Namiq Abaslı (66 kq) isə bürünc medal görüşlərinə qatılıb. O, üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib. Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.
 
Xatırladaq ki, daha bir qadın cüdoçu Bəsti Səfərova (52 kq) 1/4 finalda yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə ukraynalı Nataliya Nikolayçuka uduzaraq, 7-ci yerlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest