Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulub. Matc.az xəbər verir ki, 60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. 
 
Görüşü Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanov idarə edib. Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medala layiq görülüb.
 
Qızların yarışında 52 kq çəki dərəcəsində yer alan Səbinə Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb. 
 
Beləliliklə Azərbaycan komandası  I MDB Oyunlarının fərdi cüdo yarışlarını 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest