Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb. Matc.az xəbər verir ki, yığmamız finalda özbəkistana 3:5 hesabı ilə məğlub olub.
 
100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.
 
Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.
 
Qeyd edək ki, yığmamız 1/4 final mərhələsində Qırğızıstanı 5:1, yarımfinalda isə Qazaxıstanı 5:3 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, cüdoçularımız mötəbər yarışın əvvəlki günlərində də böyük əzmkarlıq nümayiş etdirərək, fərdi mübarizələrdə 2 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest