Sabah Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi təmsil edəcək.
 
Musa Ağayevlə (60 kq) Hüseyn Əliyev (70 kq) yeniyetmələrin, Rübail İbrahimli (70 kq) və Fərid Cabbarov (80 kq) isə gənclərin yarışında mübarizə aparacaq.
 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev Aç-də ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest