23 Sentyabr 2021, 15:55
MPL
"Səbail" klubunun futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Bu gün İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 4-cü turunun "Qəbələ" – "Səbail" oyunu (5:0) gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur;
"Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Səbail" klubunun futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.