Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Matc.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.
 
73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.
 
90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.
 
Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.
 
73 kq
1/16 final. Hidayət Heydərov - Yonatan Elbaz (İsrail)
 
90 kq
1/8 final. Məmmədəli Mehdiyev - Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest