01 Oktyabr 2021, 20:56
DÖYÜŞ NÖVLƏRİ
Sabah Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək. Matc.az xəbər verir ki, mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçi təmsil edəcək.
Bu gün keçirilən püşkatma mərasimindən sonra pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
Sabah 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxacaq. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika)
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya)
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya)
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)