02 Oktyabr 2021, 20:53
DÖYÜŞ NÖVLƏRİ
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, mundialın ilk günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Kənan Heybətov ilk mərhələdə ukraynalı rəqibinə minimal fərqlə uduzub.
Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisini cəmi 1 dəqiqə ərzində məğlubiyyətə uğradıb. Ancaq 1/8 finalda belaruslu idmançıya sonuncu xal prinsipinə əsasən yenilib.
Abubakr Abakarov çətinlik çəkmədən almaniyalı həmkarına qalib gəlib. Təmsilçimiz Ukrayna millinin üzvünü vaxtından əvvəl xalçadan məyus yola salıb. Gürcüstan güləşçisinə də heç bir şans tanımayan Abubakr dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya və son olimpiya çempionu Deyvid Teylorla qarşılaşan Abakarov təcrübəli amerikalı rəqibinə məğlub olub və ümidini üçüncü yerə bağlayıb.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna) 4:5
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya) 10:0
1/8 final: Coşqun Əzimov - Azamat Nurikov (Belarus) 2:2*
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya) 7:0
1/8 final: Abubakr Abakarov - Məhəmməd Əliyev (Ukrayna) 13:2
1/4 final: Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 10:2
1/2 final: Abubakr Abakarov - Deyvid Teylor (ABŞ) 2:6
Bürünc medal görüşü: Abubakr Abakarov - Əhməd Aybuyev (Fransa) / Boris Makoyev (Slovakiya)