Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçirilir. Matc.az xəbər verir ki, mundialın ilk günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
 
Kənan Heybətov ilk mərhələdə ukraynalı rəqibinə minimal fərqlə uduzub.
 
Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisini cəmi 1 dəqiqə ərzində məğlubiyyətə uğradıb. Ancaq 1/8 finalda belaruslu idmançıya sonuncu xal prinsipinə əsasən yenilib.
 
Abubakr Abakarov çətinlik çəkmədən almaniyalı həmkarına qalib gəlib. Təmsilçimiz Ukrayna millinin üzvünü vaxtından əvvəl xalçadan məyus yola salıb. Gürcüstan güləşçisinə də heç bir şans tanımayan Abubakr dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya və son olimpiya çempionu Deyvid Teylorla qarşılaşan Abakarov təcrübəli amerikalı rəqibinə məğlub olub və ümidini üçüncü yerə bağlayıb.
 
Oktyabrın 3-də bürünc medal uğrunda Slovakiya təmsilçisiylə qarşılaşan güləşçimiz qalib gəlməklə ölkəmizə mundialın ilk medalını qazandırıb. Bu, Abakarovun böyüklər arasında ilk Dç medalıdır.
 
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna) 4:5
 
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya) 10:0
1/8 final: Coşqun Əzimov - Azamat Nurikov (Belarus) 2:2*
 
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya) 7:0
1/8 final: Abubakr Abakarov - Məhəmməd Əliyev (Ukrayna) 13:2
1/4 final: Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 10:2
1/2 final: Abubakr Abakarov - Deyvid Teylor (ABŞ) 2:6
Bürünc medal görüşü: Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) 9:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest