Azərbaycan Premyer Liqasının VI turunun "Səbail" – "Neftçi" oyununda hər iki komandanın qapıçısı 200-cü topu buraxıb. Matc.az xəbər verir ki, bu matçadək həm meydan sahiblərinin qolkiperi Kamran Ağayev, həm də "ağ-qaralar"ın oyunçusu Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə məyus olub.
 
"ASCO Arena"da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.
 
"Səbail"in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. Ağayev buraxdığı qolların sayını 202-yə çatdırıb. "Neftçi"nin qolkiperi isə 200-cü qolu 153-cü matçında qapısında görüb.
 
Bu iki qapıçıyadək ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.
 
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest