06 Oktyabr 2021, 15:42
DÖYÜŞ NÖVLƏRİ
Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib. O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.
Azərbaycanın daha iki güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) da elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.