08 Oktyabr 2021, 21:50
DÖYÜŞ NÖVLƏRİ
Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Elcan Hacıyev mötəbər yarışın bürünc medalına sahib olub.
İtaliyanın Olbiya şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın üçüncü günündə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı Nurbek Murtozoyev, daha sonra braziliyalı Markos Santosu və italiyalı Nosa Brıght Maddalonı məğlub edərək yarımfinala yüksəlib.
Lakin o, finalın bir addımlığında Rusiya təmsilçisi ilə bacarmayıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Elcan Hacıyev mötəbər yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, turnirin birinci günündə digər cüdoçumuz Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.
Oktyabrın 10-dək davam edəcək yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.