Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda təşkil olunmuş dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib. Matc.az xəbər verir ki, 82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı iki ölkənin bayrağını götürərək, xalça üzərində dövrə vurub.
 
Türkiyə yığmasının məşqçiləri ona təqdirəlayiq hərəkəti qarşılığında təşəkkür ediblər.
 
Hüseynov finalda türkiyəli Burhan Akbudakı məğlub edib. Bu, onun ilk dünya çempionluğudur. Rafiq dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib. 33 yaşlı pəhləvan "Ata, oğlun dünya çempionudur" deyib.
 
Onun atası Radik Hüseynov uzun müddətdir güləş məşqçisi kimi çalışır. O, yığmada yer almadığı üçün dünya çempionatına yollana bilməyib.
 
Rafiq Hüseynov bu il həm də 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. Daha əvvəl isə o, 2011 və 2020-ci illərdə Avropa çempionluğu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest