Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb. Matc.az xəbər verir ki, bu barədə Stadnik "instaqram" hesabında paylaşım edib.

O, Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın oğurlandığını bildirib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanı tarixində ən çox (4) Olimpiya medalı qazanan şəxsdir. Stadnik Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da gümüş, Tokio-2020-də isə bürünc medal əldə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest