09 Oktyabr 2021, 23:55
DÖYÜŞ NÖVLƏRİ
İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki, mundiala 8 cüdoçu qatılan millimizin cəçmi 2 üzvü çıxışını medalla başa vura bilib.
Oğlanların 60 kq çəki dərəcəsində Turan Bayramov gümüş, 81 kq-da yarışan Elcan Hacıyev bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci olub. Oğlanların sıralamasında isə yığmamız 7-ci yeri tutub.