13 Oktyabr 2021, 12:25
DÖYÜŞ NÖVLƏRİ
Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.
Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək. Matc.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Milli çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.
Budvada Fuad Aslanov isə hakim kimi Azərbaycanın idman şərəfini qoruyacaq.
Bu gün səfərə çıxan komanda oktyabrın 24-də Bakıya qayıdacaq.