"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun normal keçdi. Yaxaladığın qol vəziyyətlərindən fərqlənə bilməyəndə belə olur. Amma uşaqlar istəkli idilər. Pis oynamadıq. Bilirdik ki, belə olacaq, qapalı rəqibə qarşı çıxış edəcəyik. Bəzi epizodlarda bu, alındı. İmkanlardan yararlana bilməməyimiz təəssüfləndirir. Amma çox da üzülmürəm. ömər Buludov iki epizodda mübarizəyə girirsə, deməli nəyəsə nail olmuşuq. Son dəqiqələrdə Romen Baskın zərbəsi qolla nəticələnsəydi, nəticə başqa cür ola bilərdi".
 
Mən "Neftçi"nin sükanı arxasına keçdikdən sonra Sumqayıt şəhərində bu komandanın azarkeşləri çoxalıb. Həmin fanatlara təşəkkürümü bildirirəm. Məncə, artıq vaxtdır, azarkeşlər tribunaları doldurmalıdır. Elə ölkələr var ki, tribunalar tam dolur. Amma indi nə isə demək çətindir. Koronavirus təhlükəsi, insan sağlamlığı amilini nəzərə almalıyıq. Azarkeşləri buraxmamaqla insanlarımız sağlam olacaqsa, qoy, elə bu cür də qalsın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest