20 Oktyabr 2021, 13:18
DÖYÜŞ NÖVLƏRİ
Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, mundialda ölkəmizi hər 3 güləş növü üzrə millilərimiz təmsil edəcək. Artıq yığmalarımız məsul yarışın hazırlıqlarına start verib.
Sərbəst güləşçilər Dç-yə daha yaxşı hazırlaşmaq üçün Dağıstana yollanıb. Komandamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Xasavyurtda yerli güləşçilərlə birgə təlim-məşq toplanışı keçir. Millimiz Dç-nin startınadək Dağıstanda hazırlıq prosesini davam etdirəcək.
Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız məşqləri Bakıda keçir. Hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində təşkil olunub.
Qeyd edək ki, yarışın ilk günlərində güləşin klassik növü üzrə mübarizə baş tutacaq. Daha sonra qadınlar xalça üzərinə çıxacaq. Dç-nin son günlərində isə sərbəst güləşçilər çıxış edəcək.