"Neftçi"nin Premyer Liqadakı qollu oyunlar seriyası qırılıb. Matc.az xəbər verir ki, Bakı klubu 9-cu turun "Qarabağ"la görüşündə fərqlənə bilməyib – 0:4.
 
Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan "ağ-qaralar" ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapısına yol tapmışdı. Bu il aprelin 4-də öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzandan sonra paytaxt təmsilçisi ardıcıl 15 oyunda qol vurmuşdu. Bu görüşlərdə "Neftçi" ümumilikdə 33 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest