12 Noyabr 2021, 10:57
DÇ-2026
Futbol üzrə Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub. Matc.az xəbər verir ki, sözügedən komanda Dç-2022-nin seçmə mərhələsində Lixtenşteyni 9 cavabsız qolla məğlub edib.
Matç yığmanın baş məşqçisi Hansi Flik üçün də əlamətdar olub. 56 yaşlı mütəxəssis yığmada ilk 6 oyunda qələbə qazanan baş məşqçi kimi tarixə düşüb.
Bu oyunda dubla imza atan Tomas Müller isə millidəki qol sayını 42-yə çatdırmaqla bombardirlər siyahısında Mixael Ballakı geridə qoyaraq 8-ci olub.