Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 13-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, turun sonuncu matçı Argentina və Uruqvay yığmaları arasında baş tutub.
 
Uruqvayda keçirilən qarşılaşma Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Anxel Di Mariya vurub. Lionel Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və 76-cı dəqiqədə meydana daxil olub.
 
Bu qələbədən sonra Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb. İkiqat dünya çempionları noyabrın 17-də Braziliyanı qəbul edəcək, Uruqvay isə Boliviyanın qonağı olacaq. Cənubi Amerika zonası üzrə seçmə mərhələdə hələlik yalnız Braziliya yığması dünya çempionatına vəsiqəni təmin edib.
 
Xal durumu: Braziliya – 34, Argentina – 28, Ekvador – 20, çili – 16, Kolumbiya – 16, Uruqvay – 16, Peru – 14, Paraqvay – 12, Boliviya – 12, Venesuela – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest