Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində bu gün 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə 7 qarşılaşma baş tutub.
D qrupunda lider Fransa yığması Qazaxıstanı qəbul edib və 8 cavabsız qola sevinib. Fransızlar bu oyuna qalib gəlməklə həm də mundialın final mərhələsinə vəsiqəni təmin ediblər. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər.
E qrupunun lideri Belçika bu dəfə Estoniya ilə qarşılaşıb. Belçika millisi inamlı qələbə sayəsində adını Dç-2022-nin iştirakçıları arasına yazdırıb. Qrupun digər qarşılaşması Uels və Belarus yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.
G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqi, Monteneqro Niderlandı qəbul edib. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, "narıncılar" mundiala vəsiqə qazanmış olacaqdı. Amma həm Niderlandın, həm də Norveçin oyununda heç-heçə qeydə alınıb. Əvəzində "ay-ulduzlular" darmadağınla qalib gələrək ikinci pilləyə yüksəliblər və pley-off şanslarını davam etdirirlər.
Dç-2022-nin seçmə mərhələsi
9-cu tur
13 noyabr
D qrupu
Bosniya və Herseqovina – Finlandiya 1:3
Qol: Menalo, 69 – Forss, 29. Lod, 51. Oşennesi, 73.
Fransa – Qazaxıstan 8:0
Qol: Mbappe, 6; 12; 32; 87. Benzema, 55; 59. Rabyo, 75. Qrizmann, 84-pen.
Xal durumu: Fransa – 15, Finlandiya – 11, Ukrayna – 9, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.
E qrupu
Uels – Belarus 5:1
Qol: Remsi, 3; 50-pen. Uilyams, 20. Deyvis, 77. Roberts, 89 – Kontsevoy, 87.
Belçika – Estoniya 3:1
Qol: Benteke, 11. Karrasko, 53. T.Hazard, 74 – Sorqa, 70.
Xal durumu: Belçika – 19, Uels – 14, çexiya – 11, Estoniya – 4, Belarus – 3.
G qrupu
Norveç – Latviya 0:0
Türkiyə – Cəbəllütariq 6:0
Qol: K.Aktürkoğlu, 11. H.Dervişoğlu, 38; 41. M.Demiral, 65. S.Dursun, 81. M.Müldür, 84.
Monteneqro – Niderland 2:2
Qol: Vukotiç, 82. Vuynoviç, 86 – Depay, 25-pen; 54.
Xal durumu: Niderland – 20, Türkiyə – 18, Norveç – 18, Monteneqro – 12, Latviya – 6, Cəbəllütariq – 0.