"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq".
 
Bizə hər oyun çox vacibdir. "Kayrat"la evdəki və səfərdəki matçlar vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər oyunda diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq.
 
Bütün oyunlarda cüzi də olsa, dəyişiklik olur. Amma öz sistemimizi qorumağa çalışırıq. çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik.
 
Rəqibdən də böyüş dəyişiklər gözləmirəm. Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazırlıqlı olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza aşılamışıq".
 
Qurbanov İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: "Futbolçumuzun oyun praktikası çatmır. Onun yavaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzgün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük".
 
Baş məşqçi qış transfer dönəmində heyətə oyunçu ala biləcəklərini də gizlətməyib: "Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik".
 
Mütəxəssis Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: "çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetəri qədər artıb. çempionatda az, avrokubokda isə çox azarkeş oyunları tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olsa, azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzən əvəzləmə sayı az olur, elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər".
 
O, Azərbaycan təmsilçilərinin Kiprdəki matçlarda təxribatla üzləşməsinə də toxunub: "Bela hallar futbolçuların mübarizəni daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında "Olimpik" (Lion) – "Marsel" oyununda da bu tip hadisələr yaşanıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest