26 Noyabr 2021, 22:12
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
	Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Lion "Olimpik"indən (Fransa) Rayan çerki layiq görülüb.
	O, səfərdə "Brondbü"yə (Danimarka) 3:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.
	Avroliqada həftənin ən yaxşı oyunçusu adına "Bayer"dən (Almaniya) Robert Andrix, "Spartak"dan (Moskva, Rusiya) Aleksandr Sobolyev və "Reyncers"dən (Şotlandiya) Alfredo Morelos da namizəd idi.
				
         	
                                             
               
 
             
 















