Danimarkalı ulduz yarımmüdafiəçi Kristian Eriksen "Volfsburq"la müqaviləsini ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul olunub. Buna səbəb Kristian üçün hazırda "Danimarkadakı ailəsinə daha yaxın olmağın vacibliyi" göstərilib.

Qeyd edək ki, Eriksen cari il iyunun 7-də Ukrayna və Danimarka milliləri arasındakı yoldaşlıq görüşü zamanı huşunu itirdikdən sonra heç bir matçda meydansa çıxmayıb. Bu, onun karyerasında artıq ikinci belə hadisə olub. Birinci analoji hadisə isə 5 il əvvəl AVRO-2020 zamanı baş verib.

Həmin vaxt o, matç zamanı ürək dayanması keçirmişdi. Bundan sonra yarımmüdafiəçiyə kardioverter-defibrilyator yerləşdirilmişdi. 34 yaşlı danimarkalının karyerasını başa vuracağı istisna edilmir.

Eriksen 2025-ci ilin yayından "Volfsburq"da çıxış edirdi və ümumilikdə bütün turnirlərdə keçirdiyi 34 matçda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest