Püşkatma zamanı qeydə alınan problemlərə gəlincə, əvvəlcə "Vilyarreal"ın (İspaniya) rəqibləri arasında "Mançester Yunayted" (İngiltərə) şarı qoyulub. Halbuki, bu komandalar qrup mərhələsi zamanı eyni qrupda yer aldığından, bir-biri ilə düşmələri mümkün deyildi.

Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi yenidən keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Buna Bakı vaxtı ilə saat 15:00-da keçirilmiş püşkatma zamanı texniki problemlər səbəbindən ciddi xətaya yol verilməsi səbəb göstərilib. Bu üzdən də püşkatma mərasiminin saat 18:00-da təkrar keçiriləcəyi açıqlanıb.
 
Püşkatma zamanı qeydə alınan problemlərə gəlincə, əvvəlcə "Vilyarreal"ın (İspaniya) rəqibləri arasında "Mançester Yunayted" (İngiltərə) şarı qoyulub. Halbuki, bu komandalar qrup mərhələsi zamanı eyni qrupda yer aldığından, bir-biri ilə düşmələri mümkün deyildi.
 
"Vilyarreal"ın rəqibləri arasında "Liverpul" (İngiltərə) şarı qoyulmayıb. Əvəzində "Atletiko"nun (İspaniya) rəqibləri arasında "Liverpul" şarı qoyulub. Halbuki, bu da mümkün deyildi və "Atletiko"nun rəqibləri arasında "Mançester Yunayted" şarı qoyulmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest