Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, turnirin əsas favoritləri olan "Real"la "Barselona"nın da növbəti rəqibləri müəyyənləşib.
 
Madrid təmsilçisi 1/4 finala vəsiqə uğrunda "Elçe" ilə mübarizə aparacaq. Kataloniya təmsilçisinin rəqibi isə "Atletik" olacaq. Madridin digər təmsilçisi "Atletiko" da "Real Sosyedad"la qarşılaşacaq.
 
Bu mərhələnin oyunları 15, 16, 19 və 20 yanvar tarixlərində keçiriləcək.
 
İspaniya kuboku
1/8 final
 
Sportinq (Xixon) - Kadis
Elçe - Real
Atletik - Barselona
Atletiko (Baleares) - Valensiya
Malyorka - Espanyol
Real Sosyedad - Atletiko (Madrid)
Jirona - Rayo Valyekano
Betis - Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest