İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Aksel Tuanzebeni transfer edib.
 
24 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında "Napoli"nin formasını geyinəcək. İtaliya klubu ingilis futbolçunun yarım illik icarəsi üçün "Mançester Yunayted"ə 600 min avro ödəyəcək.
 
Tuanzebe bu mövsümün ilk yarısını İngiltərənin "Aston Villa" klubunda icarədə keçirib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 11 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest