"Real"ın futbolçusu Kərim Benzema çempionlar Liqasında PSJ-yə qarşı keçiriləcək 1/8 final mərhələsinin ilk matçını buraxa bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O, PSJ ilə ilk oyunda Benzemanı riskə atmayacaqlarını deyib:
 
"Benzema ilə bağlı PSJ-ylə ilk matçda risk etmək istəmirik. Hələ ilk oyundur, final deyil. Zədələrini yeniləmək istəmirik. Qarşıda vaxt var. Hər şey ola bilər. Amma ilkin düşüncəmiz onu riskə atmamaqdır".
 
"Real" PSJ-yə qarşı çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu fevralın 15-də, Fransada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest