"Qarabağ" "Neftçi" ilə çempionat matçlarında vurduğu qolların sayını 100-ə çatdırıb. Matc.az xəbər verir ki, yubiley 15-ci tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib

"Qarabağ" "Neftçi" ilə çempionat matçlarında vurduğu qolların sayını 100-ə çatdırıb. Matc.az xəbər verir ki, yubiley 15-ci tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib.
 
Belə ki, 2:1 hesablı qələbə qazanan Ağdam klubunun 2-ci qolu prinispial rəqibin qapısından keçirilən 100-cü top olub. Bu əlamətdar qolun müəllifi kimi "köhlən atlar"ın braziliyalı yay transferi Kadi Borges tarixə düşüb.
 
"Qarabağ" bu yubiley qoluna 86-cı derbidə çatıb. "Neftçi" ağdamlılara 78 qolla cavab verib.
 
30 illik rəqabətdə "Qarabağ"ın "Neftçi"yə vurduğu ilk qolun müəllifi isə Zaur Qarayevdir. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest