AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən qalmaqallı "Sabah" – "Neftçi" (1:3) oyunu ilə bağlı qərarlar qəbul edilib. Belə ki, 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün  "Sabah" 800 manat cərimə olunub.

Matçın  75-ci dəqiqəsində Aleksey İsayev ("Sabah") təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla, 4 oyun cəzalanıb, klub bu səbəbdən 3200, qapıçı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün üçü şərti olmaqla, 6 oyun cəzalanıb, klub əlavə 4800 manat cəriməyə məruz qalıb.  

Zurab Oçiqava həm Eddi İsrafilova ("Neftçi") qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə üçü şərti olmaqla, 6 oyun cəzalanıb, "Sabah" daha 6400, digər futbolçusu Amin Seydiyev İsrafilova qarşı təcavüzkar davranışa görə ikisi şərti olmaqla, 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.  

Baş məşqçi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün həm "Sabah", həm "Neftçi" 4000, azarkeşləri meydana kənar əşyalar atdığına görə "Neftçi" daha 1600 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest