04 Mart 2022, 15:10
MPL
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələr nəticəsində Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sabah" – "Neftçi" oyununda "Neftçi"nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
"Səbail" - "Zirə" oyununda "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.