"Bizim üçün çox yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynadıq. Bura qələbə üçün gəlmişdik. Heç-heçəni də müsbət nəticə saymaq olar". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Mbodj Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra bildirib. Qarşılaşmanın 30-cu dəqiqəsində cavab qolunu vuran seneqallı müdafiəçi komandası üçün faydalı olmağa çalışdığını deyib: "İlk rəsmi oyunda qol vurduğum üçün sevinirəm. Komandama faydalı olmağa çalışıram".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest