Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldinyo, argentinalı hücumçunun yenidən dünyanın ən yaxşısı olacağını bildirib:
 
"Messi hazırda ən yaxşı günlərini keçirmir. Amma futbol üçün etdiyi bütün işlərdən sonra ona inanmamaq mənim üçün çətindir. Əminəm ki, o, tezliklə yenidən titullar qazanacaq və yenə dünyanın ən yaxşısı olacaq. Messi heç vaxt ən yaxşı olmaqdan əl çəkmir".
 
Ronaldinyo ilə Messi əvvəllər "Barselona"da birgə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest