FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışlarının yeni tarixlərini açıqlayıb. Matc.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bilet satışı martın 23-də, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və martın 29-u günortayadək davam edəcək.
 
Azarkeşlər bu mərhələdə üç kateqoriyalı – tək matçlar, konkret komandaların iştirak etdiyi oyunlar və dörd stadionda oynanılacaq qarşılaşmalar üçün biletlər əldə edə biləcəklər. Alışdan sonra bütün əcnəbi azarkeşlər ölkəyə daxil olmaq və stadionlara giriş əldə etmək üçün Qətərdə yerləşmə planlarını təqdim etməli olacaqlar.
 
FİFA əvvəlki dünya çempionatları ilə müqayisədə bilet alışına qoyulan məhdudiyyətləri yumşaldıb. İndi bir şəxs bir oyun üçün altıyadək, bütün turnir üçün isə 60-dək bilet sifariş edə bilər.
 
Noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 21-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest