Turinin "Yuventus" klubu "Volfsburq"la 27 yaşlı polşalı Kamil Qrabaranın icarəsi barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, polşalı qapıçı yaxın günlərdə "Palermo"ya keçidini rəsmiləşdirəcək Mattia Perini əvəzləməlidir. Paralel olaraq "byankoneri"ni Mikele Di Qreqorio da tərk edir – qolkiper karyerasını İngiltərənin "Bornmut" klubunda davam etdirəcək.

Bu, artıq Turin təmsilçisinin qapı xəttinə etdiyi ikinci güclənmədir. Avqustun 18-də "Yuventus" "Tottenhem"dən 8 milyon avro transfer qiyməti və mümkün 2 milyon avro bonus qarşılığında birdəfəlik satın alma bəndi ilə Qulyelmo Vikarionu da icarəyə götürmüşdü.

Qeyd edək ki, A Seriyasının 2026/27 mövsümünün start oyununda turinlilər braziliyalı Qleyson Bremerin qolu sayəsində "Frozinone"yə minimal hesabla qalib gəliblər – 1:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest