Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılama baş tutacaq.
"Qəbələ" doğma meydanda "Şəfa"nı, "Zirə" isə "İmişli"ni təbul edəcək.
Qeyd edək ki, bu turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" matçları başqa bir tarixdə keçirilmək üçün təxirə salınıb.
Azərbaycan Premyer Liqası
II tur
22 avqust
18:30. "Qəbələ" – "Şəfa"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
20:45. "Zirə" – "İmişli"
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu



_1787347337.jpg)








