İngiltərədə daha iki veteran futbolçunun adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib. Matc.az xəbər verir ki, bunlar "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi Patrik Vieyradır.
 
Daha əvvəl "qırmızı şeytanlar"dan Devid Bekhem, Erik Kantona və Roy Kinin, "topçular"dan isə Tyerri Anrinin adları Şöhrət Zalına salınıb.
 
Xatırladaq ki, Runi 2004-2017-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. Vieyra isə 1996-2005-ci illərdə "Arsenal"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest