İtaliyanın "Napoli" klubu gürcü futbolçu Xviça Kvaratsxeliyaya 5 illik müqavilə təklif edəcək. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Napoli" Kvaratsxeliyanın transferi ilə bağlı danışıqlar aparır. İtaliya klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə təklif etməyi planlaşdırır.
 
Kvaratsxeliya ötən ay əcnəbi futbolçu və məşqçilərə Rusiya klubları ilə müqavilələri birtərəfli qaydada dayandırmaq və iyunun 30-dək başqa klublarla müqavilə bağlamağa icazə verən FİFA direktivindən istifadə edərək, müqaviləni pozduğu Kazan "Rubin"indən "Dinamo"ya (Batumi) keçib.
 
Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest