Futbol üzrə Niderland 2-ci liqasında 34-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Ekselsior"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 29-cu dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini Kökçü verib. 52-ci dəqiqədə isə o, penaltidən dəqiq yararlanmaqla komandasının üçüncü qoluna imza atıb.
 
"Telstar" 34 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest