Topaz Premyer Liqasında mövsümün ikinci yarısının ən gənc və ən yaşlı futbolçuları, həmçinin klubları orta yaş göstəriciləri müəyyənləşib. Matc.az xəbər verir ki, 8 klubun Peşəkar Futbol Liqasındakı iştirak ərizələrində yer alan 191 futbolçu 21 yaş aralığındadı.

Sifariş olunan ən gənc "Qəbələ"li Samir Qurbanov 17 yaş 4 günlükdü. "Səbail"də qapıçı kimi sifariş olunan Fərhad Vəliyev isə 38 yaş 3 ay 14 günlüyündədi.

ümumilikdə isə Premyer Liqa futbolçularının orta yaşı 26 yaş 8 ay 19 gündüsə, Azərbaycan təmsilçisi kimi qeydiyyatdan keçənlərdə bu rəqəm 25 yaş 5 ay 5 günə bərabərdi.

ümumilikdə isə çempionatın ikinci yarısının ən gənc komandası "Sumqayıt"dı. "Neftçi" 2-ci, "Zirə" 3-cüdü. Premyer Liqanın ən təcrübəlisi "Qarabağ"dı. "Keşlə" 2-ci, "Sabah" 3-cü yerdədi.

Sumqayıt

25 yaş 8 ay 12 gün

Neftçi

26 yaş 4 gün

Zirə

26 yaş 1 ay 15 gün

Səbail

26 yaş 3 ay 6 gün

Qəbələ

26 yaş 10 ay 9 gün

Sabah

26 yaş 10 ay 16 gün

keşlə

27 yaş 3 ay 3 gün

Qarabağ

28 yaş 9 ay 7 gün

Azərbaycan vətəndaşı kimi qeydiyyatdan keçən 127 futbolçunun təvəllüdünə əsasən "Neftçi" ən gənc komandadı. "Ağ-qaralar"ın ən yaxın izləyiciləri "Zirə" və "Sabah"dı. Təcrübəlilər sırasında isə "Qarabağ", "Səbail" və "Qəbələ" yer alıb.

Neftçi

24 yaş 6 ay 14 gün

Zirə

24 yaş 9 ay 3 gün

Sabah

25 yaş 2 ay 15 gün

keşlə

25 yaş 7 ay 22 gün

Sumqayıt

25 yaş 8 ay 15 gün

Qəbələ

25 yaş 10 ay

Səbail

26 yaş 4 gün

Qarabağ

26 yaş 5 ay 12 gün

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest