08 İyul 2022, 12:52
FUTBOL
Fransa millisinin sabiq futbolçusu Qael Klişi daha bir mövsümü “Servett” klubunda keçirəcək. Matc.az xəbər verir ki, İsveçrə klubu 36 yaşlı fransalı müdafiəçi ilə müqavilənin 2023-cü ilin yayına qədər uzadıldığını açıqlayıb.
Klişi 2020-ci ilin dekabrından “Servett”də oynayır. O, komandanın heyətində meydana çıxdığı 55 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti”, “Başakşəhər” kimi klublarda forma geyinib.