"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu Moiz Adileu ilə anlaşıb. 
 
Müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Benin milli komandasının da üzvü olan 26 yaşlı futbolçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın NAC "Breda" klubunda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest