Misli Premyer Liqasında 3-cü turun VAR hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, bu gün baş tutacaq mərkəzi oyunda videotəkrarlara Elçin Məsiyev baxacaq.
 
Onunla yanaşı, Pərvin Talıbov da köməkçi kimi VAR otağında olacaq. Matçı isə Fərid Hacıyev idarə edəcək.
 
"Bank Respublika Arena"da keçiriləcək "Sabah" – "Neftçi" görüşünə saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest