Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a təlim-məşq toplanışına yollanıb. Matc.az xəbər verir ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Kolorado ştatının Denver şəhərində baş tutacaq hazırlıqda Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.
 
Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) isə sentyabrın 2-də qoşulacaq.
 
Məşqlər sentyabrın 7-dək davam edəcək. Yığma daha sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış sentyabrın 7-16-da baş tutacaq. Boksçularımız sentyabrın 17-də vətənə qayıdacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest