Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, mundialın ikinci günündə 2 cüdoçumuz bürünc medal qazanıb. 
 
48 kq çəkidə yarışan idmançımız Aydan Vəliyeva macarıstanlı idmançı Luka Veq ilə mübarizədən qalib ayrılaraq dünya çempionatının bürünc medalına sahib olub.
 
60 kq çəkidəki cüdoçumuz Nizami İmranov isə fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək dünya çempionatının bürünc medalçısı olub.
 
66 kq-da yarışan Nicat Nağıyev yarışı 5-ci, Əbil Yusubov isə 7-ci yerdə tamamlayıb.
 
Xatırladaq ki, çempionatın ilk günündə Şahin Oruczadə (55 kq) gümüş medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest