28 Avqust 2022, 20:36
DÖYÜŞ NÖVLƏRİ
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında komanda yarışları baş tutub
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında komanda yarışları baş tutub. Matc.az xəbər verir ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunub.
Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (63 kq) mübarizə aparıb. Oğlanların mübarizəsində isə Nizami İmranov, Şahin Oruczadə (hər ikisi -60 kq), Camal Bağışov, Əli Hacızadə (hər ikisi -81 kq) və Ramazan Əhmədov (+81) güclərini sınayıb.
Azərbaycan yığması ilk qarşılaşmasında meydan sahibi Bosniya və Herseqovina idmançıları ilə mübarizə aparıb. Bu rəqibini 4:1 hesabı ilə məğlub edən yığmamız 1/4 finalda da Kanada yığmasını 4:2 hesabı ilə yenib. Yarımfinalda Ukranya millisini 4:3 hesabı ilə məğlub edən cüdoçularımız finala çıxıblar. Fransa ilə həlledici görüşdə komandamız 5 cüdoçu ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Buna Fidan Əlizadənin yarımfinal görüşündə zədələnməsi səbəb olub. Qarşılaşma isə 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib. Yekunda Fransa yığması qalib elan olunduğundan millimiz gümüş medalla kifayətlənib.