30 Avqust 2022, 16:26
DÖYÜŞ NÖVLƏRİ
Sentyabrın 2-də Bakıda start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin üzvləri bəlli olub. Matc.az xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkəni 16 karateçi təmsil edəcək.
Kişilərin baş məşqçisi Qurban Tağıyev 60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənovu, 75 kq-da Fərid Ağayevi, 84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayevi, 84+ kq çəkidə isə Asiman Qurbanlı və Murad Hacızadəni heyətə cəlb edib. Böyük məşqçi Şahin Xudaverdiyev və Rəşad Hüseynov da idmançıları yarışda müşayiət edəcək.
Qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (50 kq), Mədinə Sadiqovanın (55 kq), Ayla Rzazadənin (61 kq), İrina Zaretskanın (68 kq) və Fəridə Əliyevanın (68+ kq) liqa turnirinə qatılmasına üstünlük verib.
Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tannmış karateçi iştirak edəcək. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.